Fransada tikilən məscidə hücum edildi

Fransada tikilən məscidə hücum edildi

Strasburq şəhərində inşa edilməkdə olan məscid islamofobların hücumuna məruz qalıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Fransanın Strasburq şəhərində inşa edilməkdə olan məscid islamofobların hücumuna məruz qalıb.

Bu barədə Frasanın “Milli İslami Cəmiyyət Görüşü” (IGMG) təşkilatı məlumat verib.

Yarıtikili vəziyyətdə olan ibadətgahın divalarında “İslama yox”, “öz ölkənizə geri qayıdın” yazıları yazılıb.

IGMG-dan qeyd edilib ki, bu hadisə bu gün Fransada hökmranlıq edən dağıdıcı abhavanın təzahürüdür.

Qeyd edək ki, sözügedən məscid inşa edildikdən sonra Avropanın ən böyük məscidi olacaq. Sahəsi təxminən 61 min kvadrat metr olan məsciddə 3 min nəfər ibadət edə biləcək. Məscid kompleksi ərazisində həmçinin konfrans zalları, mədrəsə, kitabxana, müəllimlər otağı, restoran və mağazalar da olacaq. Həmçinin 600 avtomobil üçün park yeri və velosipedlər üçün dayanacaq da olacaq.

Xəbəri paylaş

VİDEOLAR