Hadisə ilə bağlı Talans şəhərinin müsəlman icması məlumat verib.
Rasthaber Azərbaycan xəbər verir ki, Fransada islamofob əhval-ruhiyyə, xüsusilə də, müsəlmanların ibadətgahlarına hücumlar bitmək bilmir.
Belə ki, bu günlərdə Talans şəhərində vandallar yerli məcsidə qarşı ehtiramsızlıq ediblər.
Məscidin divarlarında boya ilə “İmmiqrasiya öldürür” və “Məscidlərinizi yığışdırın” kimi İslam əleyhinə şüarlar yazılıb.
Hadisə ilə bağlı Talans şəhərinin müsəlman icması məlumat verib.
“İbadət məkanlarında bu cür yazı və rəsmlər yolverilməzdir, üstəlik də bura uşaqlı ailələr gəlir”, – deyə icmadan qeyd edilib.
Bildirilib ki, icma artıq polisə müraciət edib.