Fransa polisinin təşkil etdiyi əməliyyatda bölücü terror təşkilatı PKK-nın 10 üzvü həbs edilib.
Rasthaber Azərbaycan Trthaber-ə istinadən xəbər verir ki, Paris antiterror hakiminin tələbi ilə PKK-ya qarşı əməliyyat keçirildiyi bildirilib.
"Terror təşkilatı qurmaq və maliyyələşdirmək ittihamı ilə başlanan istintaq çərçivəsində biri qadın olmaqla 10 nəfərin həbs edildiyi qeyd edilib.
Əməliyyatda evlərə də basqın edildiyi ifadə edilərkən, Fransanın cənub-qərbində 21 fevral 2020-ci il tarixində 4 nəfərin terror təşkilatı PKK-nı maliyyələşdirmək istintaqının aparıldığı bildirilib.
Keçən il aparılan istintaqla polisin həyata keçirdiyi əməliyyat arasında bir əlaqə olub-olmadığı barədə məlumat olmadığı ifadə edilib.
Sözügedən əməliyyatla bağlı rəsmi açıqlama verilməyib.