Bunu İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bildirib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bu gün üç hakimiyyətin başçıları, həmçinin Ali İqtisadi Koordinasiya Şurasının digər üzvlərilə görüşdə sanksiyaları Amerikanın və onun avropalı şəriklərinin İran xalqına qarşı cinayət və acı bir gerçəklik adlandırıb.
"Bu cinayət illər boyudur ki, İran xalqına qarşı törədilir, amma son üç ildə daha da şiddətlənib. Bu yol işin əvvəlində çətinliklər və problemlərlə malik ola bilər, amma səy, təşəbbüs və problemlərə sinə gərməklə bu sanksiyalar üzərində qələbə çalmaq olar və qarşı tərəf sanksiyaların təsirdən düşdüklərini görərək, tədricən sanksiyadan əl çəkəcək.", -deyə o bildirib.
Ayətullah Xamenei xaricdən bir açılışın olmayacağını əsas götürməyin lazım olduğunu bildirərək deyib: "Bəzilərinin ümid gözü ilə baxdıqları kəslərin daxili şəraiti heç bir vəchlə aydın deyil və onların sözlərinə əsaslanıb tədbir tökmək olmaz."
İslam inqilabı lideri həmçinin üç Avropa ölkəsinin son cəfəngiyyatlarına işarə edərək "Onlar, özlərinin region məsələlərinə ən çox qeyri-düzgün müdaxilələrinə rəğmən, İrana deyirlər ki; "regiona müdaxilə etməyin". İngiltərə və Fransanın dağıdıcı atom silahlarına malik olduqları, Almaniyanın da bu yolda qərar tapdığı bir halda, İran İslam Respublikasına deyirlər ki, raketiniz olmasın.", -deyə qeyd edib.