Fransa səfirinə Nigeri tərk etmək üçün 48 saat vaxt verilib

Fransa səfirinə Nigeri tərk etmək üçün 48 saat vaxt verilib

Niger Xarici İşlər Nazirliyi Fransa səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Niger XİN bəyanat yayıb.

Fransa diplomatının ölkədən çıxarılmasının səbəbi isə onun Niger XİN rəhbəri ilə görüşə dəvətdən imtina etməsi ilə bağlıdır.

Xatırladaq ki, Nigerdə iyul ayında çeviriliş olub, hərbi xunta hakimiyyətə gəlib.

Xəbəri paylaş

VİDEOLAR