Fransa senatı Qarabağın müstəqilliyini tanımağı gözdən keçirəcək

Fransa senatı Qarabağın müstəqilliyini tanımağı gözdən keçirəcək

Bu barədə senator Bruno Retayyo bildirib.

Az.rasthaber.com “İnterfaks”-a istinadən xəbər verir ki, Fransa senatı 25 noyabrda rəsmi Parisi Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa səsləyən qətnamə layihəsini gözdən keçirəcək.

Bu haqda Bruno Retayyo danışıb.

“25 noyabrda senat Fransaya Artsax Respublikasını (qondarma rejimin özünə verdiyi ad – red.) tanımağı təklif edən qətnaməni gözdən keçirəcək”, - deyə Retayyoq qeyd edib.

Fransalı senator həyasızcasına sözünə davam edərək deyir ki, “yalnız bu cür müstəqillik Dağlıq Qarabağ sakinlərinin hüquq və azadlıqlarını uzun müddətə qoruya bilər”.

Xəbəri paylaş

VİDEOLAR