Fransa prezidenti İŞİD liderinin məhv edildiyini açıqlayıb

Fransa prezidenti İŞİD liderinin məhv edildiyini açıqlayıb

Fransa prezidenti Emmanuel Makron ölkə hərbçiləri tərəfindən Sahel bölgəsindəki İŞİD terror təşkilatının liderini məhv etdiyini elan edib.

Rasthaber Azərbaycan Trend-ə istinadən məlumatına görə, bu barədə Fransa prezidenti öz "Twitter" səhifəsində yazıb.

E.Makron qeyd edib: "Böyük Saharada "İslam Dövləti"(İŞİD) terror qruplaşmasının lideri Adnan Əbu Valid əl-Sahraui Fransa qoşunları tərəfindən zərərsizləşdirilib. Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur".

Xəbəri paylaş

VİDEOLAR