İran Əfqanıstanın Tehrandakı səfirliyini Taliban administrasiyasına təhvil verib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Taliban hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Bəlxi sosial media hesabında məlumat yayıb.
Bəlxi Əfqanıstanın Tehran səfirliyinə yeni səfir və diplomatların təyin edildiyini, səfirliyin yeni diplomatlar ilə fəaliyyətinin davam etdiriləcəyini bildirib. Bəlxinin sözlərinə görə Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə səfirliyi təxliyə ediblər.
Qeyd edək ki, Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri ötən il Talibana təhvil verilib. Dünyanın digər ölkələrindəki Əfqanıstan səfirliklərində isə ölkənin keçmiş hökuməti tərəfindən təyin edilmiş diplomatlar var. Öz ölkələrindəki səfirlikləri Talibana təhvil verən ölkələr də daxil olmaqla indiyədək heç bir ölkə Taliban administrasiyasını, rəsmi olaraq tanımayıb.