Əfqanıstanın Pəncşir əyalətində şiddətli döyüşlər gedir

Əfqanıstanın Pəncşir əyalətində şiddətli döyüşlər gedir

Əfqanıstanın Pəncşir, Bağlan və Taxar əyalətləri Taliban hökumətinin qüvvələri ilə “Milli Müqavimət Cəbhəsi”nin partizan qüvvələri arasında döyüşlərin şahididir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, yerli mənbələr son gündə Bağlan əyalətinin Əndərab rayonunda Talibanın 11, “Milli Müqavimət Cəbhəsi”nin isə 6 üzvünün öldüyünü bildiriblər.

Xatırladaq ki, Pəncşirin ucqar kəndlərində bir həftədir döyüşlər davam edir.

Taliban bu əyalətdə “Milli Müqavimət Cəbhəsi”nin üzvlərinin mənsub olduğu kəndlərdə irimiqyaslı həbslər həyata keçirib, mülki əhalini girov götürüb və çoxsaylı evləri yandırıb.

“Milli Müqavimət Cəbhəsi”nin mənbələri bildirir ki, Taliban bu əyalətdə intiqam məqsədilə edamlar həyata keçirib.

Hazırda Əfqanıstanın mərkəzi və şimal-şərq əyalətləri gərgin olaraq qalır.

Xəbəri paylaş

VİDEOLAR