Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb

Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən beş raket atılıb.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik tələfat, xəsarət alan və dağıntıların olmadığını bildirib.

"Termizin Majnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında tapılıb. Aşkar edilmiş mərmilər istehkamçılar tərəfindən zərərsizləşdirilib", - məlumatda deyilir.

Hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini müəyyən etmək üçün lazımi tədbirləri həyata keçirir.

Xəbəri paylaş

VİDEOLAR