Əfqanıstandakı “Taliban” hökumətinin Baş naziri istefa verib

Əfqanıstandakı “Taliban” hökumətinin Baş naziri istefa verib

Əfqanıstandakı “Taliban” hökumətinin Baş naziri Məhəmməd Həsən Axund səhhəti ilə əlaqədar istefa verib.

Az.rasthaber.com “Report”a isitinadən bildirir ki, bu barədə “Taliban” qruplaşması məlumat yayıb.

Abdul Kəbir müvəqqəti hökumət başçısı təyin edilib. Bundan əvvəl o, Baş nazirin müavini işləyib.

Qeyd edək ki, Molla Məhəmməd Həsən Axund 2021-ci il sentyabrın 7-dən Əfqanıstan Baş nazirinin səlahiyyətlərini icra edirdi. O, Qəndəhar əyalətinin Pəncva mahalının Paşmul şəhərində anadan olub.

Molla Məhəmməd Həsən Axund “Taliban”ın qurucularından və liderlərindən biridir. 

İlk “İslam Əmirliyi” Əfqanıstanın böyük hissəsini faktiki olaraq nəzarətdə saxladığı zaman, 1997-1999-cu illərdə Məhəmməd Həsən Axund “Taliban”ın nəzarətində olan ərazidə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb. O, həm də Qəndəhar şəhərinin qubernatoru olub. 2001-ci ilin yanvarından BMT M.H.Axunda sanksiya tətbiq edib.

O, “Taliban”ın 2011-ci ildə ölən lideri Molla Məhəmməd Ömərin siyasi məsələlər üzrə müşaviri işləyib.

Xəbəri paylaş

VİDEOLAR