Əfqanıstan ərazisində "Əl-Qaidə" terror təşkilatı nəzarətsiz olaraq qalmaqdadır.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və BMT anti-terror idarəsinin başçısı Vladimir Voronkov bildirib.
O deyib ki, Əfqanıstandakı hazırkı vəziyyət şəraitində bu ölkədəki İŞİD terrorçularının sayı 2 dəfə artıb.
Voronkovun sözlərinə görə, region ölkələri razılaşdırılmış şəkildə birgə plan çərçivəsində bu təhdidlərlə mübarizə aparmalıdır.