Əfqanıstanda terror hücumu: 5 polis həyatını itirdi

Əfqanıstanda terror hücumu: 5 polis həyatını itirdi

Partlayış polis avtomobili həmin ərazidən keçən zaman baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən Kunar əyalətində partlayış törədilib. Nəticədə 5 polis əməkdaşı həyatını itirib.

Kunar Əyalət Şurasının deputatı Din Məhəmməd Fəzli jurnalistlərə bildirib ki, terrorçular Çara Dərə rayonunda yolun kənarına partlayıcı qurğu yerləşdiriblər.

Partlayış polis avtomobili həmin ərazidən keçən zaman baş verib.

Fəzli hesab edir ki, terror aktının arxasında “Taliban” terror təşkilatı durur.

Xəbəri paylaş

VİDEOLAR