Ötən gün Əfqanıstanın Kunar, Kunduz, Pəncşir və Bədəxşan əyalətləri Taliban qüvvələrinə hücumların şahidi olub.
A.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün Kunar, Bədəxşan, Künduz və Faryab əyalətlərində Taliban qüvvələrinin hərbi texnikalarına hücum edilib və partlayışlar nəticəsində hərəkatın qüvvələri arasında ölən və yaralananlar var.
Eləcə də Pəncşir və Taxar əyalətləri ənənəvi olaraq Taliban qüvvələri ilə “Milli Müqavimət Cəbhəsi” qüvvələri arasında döyüşlərin şahidi olub.
Faryab əyalətində isə Talibanın özbək əsilli üzvləri ilə hərəkatın tərkibində olan Həqqani şəbəkəsinin (pəştun əsilli) üzvləri arasında qarşıdurma baş verib və ağır silahların da istifadə edildiyi bu qarşıdurmada hər iki tərəfdən ölən və yaralananlar var.
Hazırda Əfqanıstanın Pəncşir və Taxar əyalətləri qarşıdurmaların şahididir.