Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ola bilər

Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ola bilər

Bu gün Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ola bilər.

Bu gün Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ola bilər.

APA-nın xəbərinə görə, bu barədə “TOLOnews” məlumat yayıb.

Təyyarənin sağ mühərrikində tanıdıcı nişanlar nəqliyyat vasitəsinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olduğunu göstərir.  

Telekanalın qəzanın baş verdiyi ərazidən yaydığı görüntülərdə təyyarənin qismən yandığı və onun korpusundan “Bombardier E-11” olduğu məlum olub.

Videonun Qəzni vilayətində baş verən təyyarə qəzası ilə əlaqəli olması rəsmi təsdiqlənməyib.

“Associated Press”in məlumatına görə, ABŞ Silahlı Qüvvələri təyyarə qəzası haqda yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb.

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Bett Riordan bildirib ki, indiyə kimi qəzaya uğrayan təyyarənin hansı ölkəyə məxsus olması məlum deyil.

“Tasnim” agentliyi isə təyyarənin “Taliban” tərəfindən vurulmasını istisna etmir. 

Xatırladaq ki, bu gün səhər Qəzni vilayətinin mərkəzisində, “Taliban” qüvvələrinin nəzarət etdiyi ərazidə təyyarə qəzası baş verib. 1TVNews telekanalının məlumatına görə, bu, hərbi təyyarə olub və koalisiya qüvvələri tərəfindən istifadə olunub. Bundan əvvəl, hadisə şahidlərinin məlumatına görə, yerli sakinlər əcnəbi pilotun meyitini tapıblar. Təyyarədə 15 nəfərin olduğu bildirilir.

 

Xəbəri paylaş

VİDEOLAR