Əfqanıstanda qızların təhsil aldığı orta məktəblər yenidən bağlanıb

Əfqanıstanda qızların təhsil aldığı orta məktəblər yenidən bağlanıb

Taliban hökuməti Kabil və bir sıra əyalətlərdə qızların təhsil aldığı orta məktəbləri yenidən bağlayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökuməti bu gün müxtəlif əyalətlərdə qızların təhsil aldığı orta məktəblərin açılmasına imkan verməyib.

Daha sonra Taliban hökumətinin rəsmi informasiya agentliyi BakhtarNews məlumat yayıb ki, orta məktəblər qızlar üçün növbəti elana qədər bağlı olacaq. Əlavə edilib ki, rəhbərlik qızlar üçün yeni məktəbli formasının hazırlanması ilə bağlı göstəriş verib və yalnız bu addımın icrasından sonra qızların orta məktəblərə yollanması mümkün olacaq.

Qeyd edək ki, Taliban hökuməti hazırda qızların yalnız ibtidai məktəblərdə təhsil almasına icazə verir. Qadınların ali təhsil müəssisələrində təhsilinə də əksər əyalətlərdə imkan verilmir.

Xəbəri paylaş

VİDEOLAR