Əfqanıstanda kamikadze hücumu

Əfqanıstanda kamikadze hücumu

Bu barədə əyalət rəsmisi Ömər Xuvak məlumat verib.

Rasthaber xəbər verir ki, Əfqanıstanın cənubunda Hilmənd əyalətində törədilmiş kamikadze hücumunda 9 nəfər həlak olub.

Bu barədə əyalət rəsmisi Ömər Xuvak məlumat verib.

Onun sözlərinə görə, terrorçu-kamikadze idarə etdiyi avtomobili Vəzir rayonundakı blokposta çırpıb.

Partlayış nəticəsində 9 nəfər həyatını itirib ki, onlardan da 4-ü mülki şəxsdir. 1 uşaq isə yaralanıb.

Hələ ki, heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR