Əfqanıstanda İŞİD ali təhsil şəhərciyinə hücum edib, ölənlər var

Əfqanıstanda İŞİD ali təhsil şəhərciyinə hücum edib, ölənlər var

Nəticədə azı 22 nəfər həlak olub, daha 22 nəfər də xəsarət alıb.

Rasthaber xəbər verir ki,  ötən gün Kabul universitetinin tələbə şəhərciyinə terror hücumu olub.

Nəticədə azı 22 nəfər həlak olub, daha 22 nəfər də xəsarət alıb.

Əfqanıstan təhlükəsizlik qüvvələri terrorçulara qarşı bir neçə saat davam edən əməliyyat keçirib.

Ölkə DİN-in məlumatına görə, hücum edənlərdən 3-ü məhv edilib.

Hücum kampusda keçiriləcək İran kitab yarmarkasına hökumət məmurları gəlməli olan zaman başlayıb.

Terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Ölkə rəhbərliyi 3 noyabrı matəm günü elan edib.

Xəbəri paylaş

VİDEOLAR