Əfqanıstan Müdafiə Nazirliyi insidentlə bağlı hələ şərh verməyib.
Rasthaber “TOLO News”-ə istinadən xəbər verir ki, Əfqanıstanın Hilmənd əyalətinin Nəva rayonunda ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) aid iki vertolyot toqquşub.
Ötən gün axşam saatlarında baş verən qəza nəticəsində azı 15 nəfər həlak olub.
Əldə olan məlumatlara görə, vertolyotlar təhlükəsizlik qüvvələrinin yaralı əməkdaşlarını daşıyırdılar.
Əyalət qubernatorunun mətbuat katibi Ömər Tsvak faciənin Nəva rayonunda baş verdiyini təsdiq edib.
Əfqanıstan Müdafiə Nazirliyi insidentlə bağlı hələ şərh verməyib.