Əfqanıstanda Həzrət Zəkəriyya məscidi partladılıb, ölənlər var

Əfqanıstanda Həzrət Zəkəriyya məscidi partladılıb, ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə məscidə edilən bombalı hücumda ilkin məlumata görə, 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, hücumun bu gün axşam saatlarında Həzrət Zəkəriyya adlı məsciddə törədildiyi, adının açıqlanmasını istəməyən Taliban rəsmisinin isə hücumda ölənlərin sayının 11 olduğunu bildirdiyi qeyd edilib.

Təcili Tibbi Yardım Xəstəxanasından verilən açıqlamada hücumda 5 nəfərin həyatını itirdiyi, 22 nəfərin yaralandığı bildirilib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR