Hücum nәticәsindә 4 tәhlükәsizlik xidmәti әmәkdaşı hәyatını itirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Әfqanıstanın cәnubunda minalanmış avtomobil ilә hәrbi bazaya tәşkil edilәn hücum nәticәsindә 4 tәhlükәsizlik xidmәti әmәkdaşı hәyatını itirib.
Әfqanıstan tәhlükәsizlik qüvvәlәri hücumun Qәndahar vilayәtinin Arqandab qәsәbәsindә baş verdiyini bildirib. Hadisә nәticәsindә 6 tәhlükәsizlik xidmәti әmәkdaşı da yaralanıb.
Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.