Əfqanıstanda daha bir məscid cümə namazı zamanı partladıldı

Əfqanıstanda daha bir məscid cümə namazı zamanı partladıldı

Əfqanıstanın qərbində Herat əyalətində yerləşən ölkənin ən böyük məscidlərindən biri olan Qəzərgah məscidinə bombalı hücumun təşkil edildiyi və 29 nəfərin həyatını itirdiyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Əfqanıstanın qərbindəki Herat əyalətində ölkənin ən böyük məscidlərindən biri olan Qəzərgah məscidinə cümə namazı zamanı bombalı hücum edilib.

Hücum nəticəsində 29 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Partlayışda məscidin imamı və Qərbi tənqid etməsi ilə tanınan Taliban üzvü Mujib Rəhman Ənsari də həyatını itirib. Məlumatı Talibanın sözçüsü Zabihullah Mücahid təsdiqləyib.

Xəbəri paylaş

VİDEOLAR