Әfqanıstanın Uruzqan vilayәtindә törәdilәn bombalı hücum nәticәsindә 2 mülki vәtәndaş hәlak olub.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Әfqanıstanın Uruzqan vilayәtindә törәdilәn bombalı hücum nәticәsindә 2 mülki vәtәndaş hәlak olub.
Mәlumata görә, hücum Uruzqan vilayәtinin mәrkәzindә minalanmış motosikletlә törәdilib.
Hücum nәticәsindә hәmçinin üç polis әmәkdaşı vә yeddi mülki vәtәndaş da yaralanıb.
Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.