Rusiyalı yüksək çinli məmur ABŞ-a kor-koranə arxalanan ölkələrə səslənərək, onları Əfqanıstanda yaşanan son hadisələri nəzərə almağa çağırıb.
Az.ratshaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Rusiya Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini Raşid Nurqaliyev deyib:
"Əfqanıstanda baş verənlər dünyada Vaşinqtona kor-koranə etibar etmək istəyən hər kəs üçün yaxşı dərsdir”.
O, əlavə edib: “Amerikalılar Əfqanıstanı tərk etdilər və yaratdıqları problemləri əfqanların özlərinin və region ölkələrinin həll etməsi üçün onların öz öhdəsinə buraxdılar. İndi Əfqanıstan və bu ölkələr bu ağır yükü daşımalıdır”.
Nurqaliyev vurğulayıb ki, bu gün bütün MDB ölkələri ABŞ və NATO-nun öz ölkələrində hərbi infrastrukturun yerləşdirilməsi səylərinə nə qədər ehtiyatlı yanaşmalı olduqlarını anlayıblar.