Əfqanıstanda altı yaşlı uşaq üç gündür düşdüyü quyudan çıxarılmasını gözləyir

Əfqanıstanda altı yaşlı uşaq üç gündür düşdüyü quyudan çıxarılmasını gözləyir

Əfqanıstanın cənubundakı Zabul vilayətində altı yaşlı uşaq üç gündür düşdüyü quyudan çıxarılmasını gözləyir.

Az.rasthaber.com "Oxu.az"-a istnadən xəbər verir ki, uşağın olduğu yerə çatmağa az qaldığı bildirilir, lakin onun həyatda olub-olmadığı məlum deyil.

Səhiyyə qrupları uşağa təcili müdaxilə üçün hazır vəziyyətə gətirilib.

25 metrlik quyunun 10-cu metrinə qədər artıq tunel qazılıb.

Xilasedicilər uşağın sıxışaraq qaldığı quyuya kamera tutaraq onun qollarını və bədəninin yuxarı hissəsini tərpətdiyini görüblər.

Uşağın atası günlərdir quyunun başında oğlunu gözləyir.

Xatırladaq ki, oxşar hadisə bir müddət əvvəl Mərakeşdə baş vermişdi. Beş yaşlı uşaq beş gün davam edən xilasetmə tədbirlərindən sonra quyudan çıxarılmışdı. Ancaq o, qısa müddət sonra həyatını itirmişdi.

Xəbəri paylaş

VİDEOLAR