Əfqanıstanda bir gündə 15 bölgədə "Taliban" silahlıları ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 119 silahlı öldürülüb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi son 24 saat ərzində ölkənin Badgis, Logar, Faryab, Tahar, Daykundi, Kandahar, Kunduz, Nangarhar, Herat, Helmand, Farah, Baglan, Uruzganın 15 fərqli bölgəsində "Taliban" silahlıları ilə qarşıdurmaların baş verdiyini açıqlayıb.
Qarşıdurmalar zamanı 119 silahlının öldürüldüyü, 84 silahlının yaralandığı və çox sayda silah-sursatın ələ keçirildiyi qeyd edilib.
"Taliban"ın açıqlamasında son 24 saat ərzində təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 30-dan çox təhlükəsizlik işçisinin öldüyü iddia edilib.
Əfqanıstanda xarici qüvvələrin geri çəkilməsi ilə may ayının əvvəlindən bəri zorakılıq hadisələri artıb.
Əfqanıstanın Milli Təhlükəsizlik Şurası keçən həftə "Taliban"ın may ayında 1455 hücum həyata keçirdiyini açıqlayıb.
Digər tərəfdən, "Taliban" silahlıları son 2 ayda 15 bölgəyə nəzarəti ələ keçiriblər.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, "Taliban" ölkənin ərazisinin 50-70 faizinə nəzarət edir.