Əfqanıstan Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini bəyan etdi

Əfqanıstan Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini bəyan etdi

Əfqanıstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir.

Əfqanıstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Eyni zamanda Əfqanıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Rasthaber Azərbaycan-a xəbər verir ki, bu barədə “Report”a Əfqanıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda həmçinin Lapis-Lazuli nəqliyyat dəhlizi işə salınandan sonra iki ölkə arasında daha geniş əməkdaşlıq imkanlarının açılacağı da qeyd olunub: “Nəqliyyat, tranzit, rabitə məsələlərilə bağlı Əfqanıstan, Azərbaycan və Türkmənistanın müvafiq işçi qrupları arasında ilk görüş 2020-ci il iyulun 27-də keçirilib. Əsas məqsəd kommersiya yüklərinin daşımalarında qarşılıqlı dəstəkdir”.

Bununla yanaşı, cari ilin iyun ayında Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün Əfqanıstan tərəfinə humanitar yardım şəklində 22,76 ton dava-dərman verdiyi də xatırlanıb.

Xəbəri paylaş

VİDEOLAR