Əfqanıstan-Pakistan dövlət sərhədində silahlı qarşıdurma baş verib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti“ sərhədə yaxın ərazilərdə yaşayan hadisə şahidlərinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Torkham keçid məntəqəsində silah səsləri eşidilib və döyüş baş verib. Sərhədin hər iki tərəfində yaşayan dinc sakinlər evlərini tərk edərək təhlükəli zonadan çıxmağa çalışırlar.
Qeyd edək ki, Torkham keçid məntəqəsi Pakistanla Əfqanıstan arasında üç əsas ticarət və tranzit marşrutundan biridir. İslamabad ticarət mallarını Mərkəzi Asiyaya göndərmək üçün Torkham keçid məntəqəsindən istifadə edir.