Əfqanıstan-Pakistan sərhədində atışma, ölənlər var

Əfqanıstan-Pakistan sərhədində atışma, ölənlər var

Əfqanıstanla sərhəddə terrorçularla döyüşdə Pakistanın bir neçə əsgəri həlak olub.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Müdafiə Nazirliyinin idarələrarası ictimaiyyətlə əlaqələr xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Pakistan-Əfqanıstan sərhədinin Kurram rayonunda (Xeyber Paxtunxva əyalətinin şimal-qərbində) yerləşən hissəsində naməlum yaraqlılarla atışma zamanı Pakistan ordusunun azı 3 hərbçisi həlak olub.

Məlumata görə, terrorçular Əfqanıstan ərazisindən Pakistan hərbçilərinin mövqelərinə hücum ediblər. Əsgərlər cavab atəşi açıblar. Atışma zamanı Pakistan ordusunun 3 əsgəri həlak olub.

“Terrorçular ciddi itki veriblər”, - Pakistanın Müdafiə Nazirliyindən bildirilib.

Nəşr yazıb ki, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari insidentə cavab olaraq hücumu pisləyib və Əfqanıstan rəhbərliyindən terrorçuların bu ölkənin ərazisindən sonrakı istifadəsinin qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.

Xəbəri paylaş

VİDEOLAR