"Əfqanıstan hökuməti əzadarlıq mərasimlərinin təhlükəsizliyini təmin etməlidir"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kabildə baş verən partlayışları pisləyib və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını dilə gətirib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Əfqanıstandakı hücumları qətiyyətlə pisləyib və cümə günü Kabildə törədilən terror aktında çoxlu sayda günahsız mülki əfqanın şəhid və yaralanmasından təəssüfləndiyini bildirib.

Kənani həmçinin vurğulayıb ki, Əfqanıstan hökuməti Məhərrəm ayı ilə bağlı məscidlərdə və dini məkanlarda keçirilən əzadarlıq mərasimlərinin təhlükəsizliyini təmin etməlidir.

Qeyd edək ki, Cümə günü Kabildə ard-arda törədilən partlayışlar nəticəsində 10 nəfər şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR