Əfqan uşaqları öldürən ABŞ əsgərləri cəzalandırılmayacaq

Əfqan uşaqları öldürən ABŞ əsgərləri cəzalandırılmayacaq

Bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbədən məlumat verilib.

Az.rasthaber.com NYT-a istinadən xəbər verir ki, Pentaqon rəhbərliyi Əfqanıstanın paytaxtı Kabilə endirilən zərbəyə görə hərbçiləri məsuliyyətdən azad etmək qərarı qəbul edib.

Qeyd edək ki, ABŞ tərəfindən 29 avqustda endirilmiş həmin zərbə nəticəsində 7-si uşaq olmaqla, 9 dinc sakin qətlə yetirilib.

ABŞ daha sonra bəyanatla çıxış edərək səhvə yol verdiyini iddia edib. Lakin bu cinayətdə əli olan hərbçilərin cəzalandırılması barədə qərar qəbul edilməyib.

Xəbəri paylaş

VİDEOLAR