İmam Əli (ə) ziyarətgahı Xanım Zeynəbin (ə) mövlud günündə gül-çiçəklə bəzədildi - FOTO

İmam Əli (ə) və Xanım Fatimeyi Zəhranın (s.ə) övladı - Xanım Zeynəbi Kubranın (ə) mübarək mövludu münasibətilə İraqın Nəcəf şəhərindəki İmam Əli (ə) ziyarətgahı gül-çiçəklə bəzədilib.

Az.rasthaber.com xəbər verir ki, Ziyarətgahda bayram abu-havası yaradılıb və Xanım Zeynəblə (ə) bağlı şüarlar və hədislər asılıb.

Qeyd edək ki, hicri qəməri tarixi ilə cəmadiül-əvvəl ayının 5-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür.

Xəbəri paylaş

VİDEOLAR