BMT-nin nümayəndə heyəti İmam Əli (ə) hərəmini ziyarət edib - FOTO

BMT-nin nümayəndə heyəti İmam Əli (ə) hərəmini ziyarət edib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq nümayəndə heyəti İmam Əli (ə) ziyarətgahının İdarə Heyətinin üzvü Həsən əl-Cəbari və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Sahib əl-Busaisi tərəfindən qəbul edilib.

Onlar hərəmi ziyarət etdikdən sonra, ziyarətgahın yuxarı dəhlizlərini və Həzrəti Fatimənin (s.ə) həyətini gəzib, ziyarət və ibadət mühiti ilə tanış olublar.

Beynəlxalq nümayəndə heyəti səmimi qəbulu və qonaqpərvərliyi yüksək qiymətləndirərək, ziyarətçilərə göstərilən xidmətlərin yüksək səviyyədə olduğunu bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR