Bu sözləri "İslami Cihad" hərəkatının Siyasi bürosunun üzvü Xalid əl-Bataş deyib
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Fələstinin "İslami Cihad" hərəkatının Siyasi bürosunun üzvü Xalid əl-Bataş Qüdsün azadlığından danışıb.
Xəlil əl-Bataş açıqlamasında bildirib ki, Qüdsün azadlığının tək yolu milli birlik və vəhdətdir.
"Fələstinin azad edilməsi istiqamətində müqavimət cəbhəsi işlərini davam etdirəcək. Ramazan Şallah kimi şəxslər mübarizəmizin liderləridir və onun adı da tarixdən silinməyəcək", - deyə Xəlil əl-Bataş diqqətə çatdırıb.
O, qeyd edib ki, Fələstinin milli birliyi tezliklə təmin olunmalı və düşmənə qarşı birgə mübarizə aparılmalıdır.