Sionist rejimin mühasirədə olan Qəzzə zolağına həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 2 min 837 nəfərə yüksəlib, 12 min nəfər isə yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada oktyabrın 7-dən etibarən sionist rejimin Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olan və yaralanan fələstinlilərin sayı barədə məlumat paylaşılıb.
Nazirliyin bəyanatında sionist rejimin hücumlarında şəhid olan fələstinlilərin sayının artaraq 2 min 837 nəfərə çatdığı və 12 min nəfərin yaralandığı qeyd edilib.
Digər tərəfdən, sionist rejimin münaqişənin 11-ci günündə Xan Yunus və Rəfah şəhərlərinə endirdiyi hava hücumlarında bir gecədə azı 45 fələstinlinin həyatını itirdiyi açıqlanıb.