Fələstinli qruplar işğalçı sionistlərin polis idarəsini ələ keçirib

Fələstinli qruplar işğalçı sionistlərin polis idarəsini ələ keçirib

Mühasirəyə alınmış Qəzza zolağından olan fələstinli müqavimət döyüşçüləri yaxınlıqdakı Sderot şəhərində işğal rejiminə aid polis məntəqəsini ələ keçirib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, Qəzzadan işğal olunmuş ərazilərə sızan fələstinli müqavimət döyüşçüləri Sderot şəhərində polis məntəqəsini ələ keçirib. İşğal ordusunun fələstinli qruplarla toqquşduğu və yaralananların olduğu bildirilib. Sionist İsrail ordusu Sderot şəhərinin girişində yolları bağlayıb.

Sionistlərin müharibə naziri Yoav Gallant Qəzzə zonası ətrafında 80 kilometr radiusda olan ərazini müharibə zonası elan edib.

İsrailin Kanal12 televiziyasının xəbərinə görə, Qəzzadan olan 4 ayrı fələstinli qrup ətraf qəsəbələrə daxil olub.

Sionistlərə qarşı Əqsa tufanı adlı əməliyyat başlatdıqlarını ifadə edən Həmas-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları komandiri Məhəmməd əl-Deyf, əməliyyatın ilk mərhələsində 5 min raket və minaatan atdıqlarını açıqladı.

Xəbəri paylaş

VİDEOLAR