Fələstinli müqavimət qrupları ABŞ-ın siyasətilə mübarizəni vurğulayıblar

Fələstinli müqavimət qrupları ABŞ-ın siyasətilə mübarizəni vurğulayıblar

Fələstinli müqavimət qrupları ABŞ-ın Fələstin xalqına qarşı dağıdıcı siyasətləri və "əsrin sövdələşməsi" sionist-amerikan fitnəsi ilə mübarizəyə təkid ediblər.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Fələstin İslami Cihad Təşkilatının əsas üzvlərindən olan Xalid Əlbəttəş Al Mayadeen telekanalı ilə müsahibədə fələstinli qrupların müxtəlif siyasi məsələr barədəki birliyinə toxunaraq deyib ki, Vaşinqtonun bölgədəki fitnələri və təxribatçı siyasətləri qarşısında dayanmaq gərəkdir.

Əlbəttəş bildirib ki, Fələstin İslami Cihad Təşkilatı Amerika hökuməti ilə bütün əlaqə formalarını rədd edir. 

"Sionist rejimlə münasibətlərin adiləşməsinə üz tutan ərəb ölkələri amerikalıların bölgədəki planlarını icra etməkdədirlər.", -deyə o qeyd edib.

Fəth təşkilatının baş üzvlərindən olan Səbri Səidəm də Əlməyadin telekanalı ilə müsahibədə bildirib ki, Amerika hökuməti "əsrin sövdələşməsi"ni icra etmək üçün Fələstində şəriklər axtarır. O, vurğulayıb ki, fələstinli qruplar arasında ixtilafların davam etməsi "əsrin sövdələşməsi" sionist-amerikan planını himayə istiqamətində olacaqdır.

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin əsas üzvlərindən olan Mahir Əltahir də Vaşinqtonun Fələstin məsələsini kənara qoymaq üzrə fitnələrinə toxunaraq, Oslo müahidəsinin ləğvinə və müqavimət mehvərini himayəyə təkid edib.

Xəbəri paylaş

VİDEOLAR