Qəzzada fələstinli hərəkatlar bir araya gələrək İsrail qüvvələrinin son basqınları və həbsxanalarda olan fələstinli məhbusların vəziyyəti ilə bağlı xəbərdarlıq ediblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, fələstinli hərəkatların ötən gün Qəzzada keçirdiyi toplantıda qarşıda gələn cümə günü İsraillə açıq qarşıdurmanın olacağı barədə xəbərdarlıq edilib.
Bu toplantıda İsrail qüvvələrinin intensiv basqınları, xüsusilə də son dönəmlərdə bu basqınların artması, habelə məhbəslərdə aclıq aksiyası keçirən və müalicədən məhrum olan fələstinli məhbusların vəziyyəti ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, İsrail Knessetində müzakirəyə çıxarılacaq layihələrdən birində fələstinli məhbusların müalicəsinin qarşısının alınması təklifi yer alıb ki, bu da öz növbəsində fələstinli hərəkatları hərəkətə keçməyə vadar edib.