İşğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərinə basqın edən İsrail əsgərləri ilə bölgədəki gənclər arasında qarşıdurma yaşanıb.
Az.rasthaber.com xəbər verir ki, hadisəyə şahid olanların verdiyi məlumata görə, işğalçı İsrail ordusunun silahlı qüvvələri Nablusun şərqində "Yusuf məqamı" kimi tanınmış əraziyə yəhudi köçkünlərin dini ayinlərini yerinə yetirmələrini təmin etmək üçün təhlükəsizlik əməliyyatı keçirib.
Fələstinli gənclər Nablusda İsrail əsgərlərinin yollarında təkər yandıraraq yolları bağlayıb, konvoya boş şüşə və daş ataraq basqının qarşısını almağa çalışıb.
Sionist əsgərləri isə onlara qarşı gerçək güllələrdən və gözyaşardıcı qaz bombalarından istifadə ediblər.
"Yusuf məqamı"na yaxın ərazidə isə fələstinli silahlılarla İsrail əsgərləri arasında silahlı toqquşma baş verib.
Fələstin Qızıl Aypara Cəmiyyəti qeyd edib ki, İsrail əsgərləri canlı güllələrlə bir fələstinlini yaralayıb və təcili yardımların tibbi müdaxilə üçün bölgəyə çatmasına mane olub.
Yəhudi köçkünlər dini ayinləri yerinə yetirmək üçün İsrail ordusunun himayəsi altında tez-tez "Yusuf məqamı" kimi tanınan əraziyə basqın edirlər.