Fələstində tərs miqrasiya başlayıb: Doğma torpaqlarını tərk etmirlər

Fələstində tərs miqrasiya başlayıb: Doğma torpaqlarını tərk etmirlər

Bir neçə gün əvvəl işğalçı sionist rejim ordusu Qəzza zolağının şimalında yaşayan və təxminən 1 milyon 100 min nəfəri olan fələstinlilərdən bölgənin cənubuna doğru hərəkət etmələrini istəyib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin fələstinlilərdən Qəzza zolağının şimal hissəsini tərk etmələrini istəməsindən bir neçə gün keçməsinə baxmayaraq, bölgə cənub və mərkəzi hissələrə köçənlərin öz evlərinə doğru tərs miqrasiya hərəkətinə şahidlik edir.

Sionist rejimin hava hücumlarından xilas olmaq üçün Qəzza zolağının cənub və mərkəzi hissələrinə üz tutan fələstinlilər dünən axşam saatlarından etibarən bölgənin şimalındakı şəhərlərə qayıtmağa başlayıblar.

İşğalçı rejim qüvvələrinin şiddətli hava hücumuna baxmayaraq, şimal rayonlarında könüllü geri dönüş hərəkatı müşahidə olunur. Bunun Qəzza zolağının cənub və mərkəzi hissələrinə çoxlu sayda insanın ölümünə səbəb olan davamlı hücumlardan sonra yaranan qeyri-sabit təhlükəsizlik şəraiti nəticəsində başladığı bildirilir.

Rəsmi açıqlama verilməsə də, işğalçı sionist rejimin cənub bölgələrinə hücumları nəticəsində təxminən 150 nəfərin şəhid olduğu və 300-dən çox insanın yaralandığı bildirilir.

Şimal bölgələrinə qayıtmağın səbəbləri arasında fələstinlilərin cənub bölgələrində yaşamaq üçün lazım olan əşyaları tapa bilməmələri də var.

Ərazidə yaşayan sakinlər köçkünlərin məskunlaşdığı ərazilərin onsuz da sıx olduğunu, havaların soyuq keçməsindən uşaqların yata bilmədiyini, sistemli şəhər olmadığı üçün xidmətin olmadığını bildiriblər və heç bir həyati ehtiyac olmadan orada yaşamaqdansa, öz evlərində ölməyi üstün tutduqlarını bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR