Fələstində son bir həftə ərzində 206 müqavimət aksiyası keçirilib

Fələstində son bir həftə ərzində 206 müqavimət aksiyası keçirilib

Fələstinin İordan çayının qərb sahili və Qüds bölgələrində son bir həftə ərzində işğalçılara qarşı ümumilikdə 206 müqavimət aksiyası keçirilib.

Az.rasthaber.com xəbər verir ki, işğalçı qüvvələrin bütün vəhşiliklərinə və təcavüzkar rəftarlarına baxmayaraq, Fələstinin işğal altındakı İordan çayının qərb sahili və Qüds bölgələrində İsrail işğalçı qüvvələri və onların himayəsi altında milis qüvvələri kimi fəaliyyət göstərən köçkün dəstələrinə qarşı müqavimət tədbirləri aramsız olaraq davam edir.

Fələstinin “Muta” İnformasiya Mərkəzinin məlumatına görə, son bir həftə ərzində İordan çayının qərb sahili və Qüds bölgələrində işğalçılara qarşı ümumilikdə 206 müqavimət aksiyası keçirilib.

Qeyd olunan dövrdə işğalçı qüvvələrin həyata keçirdiyi hücumlarda 3 fələstinli şəhid olub, onlarla insan yaralanıb. Bundan əlavə, Fələstin müqavimətinin müxtəlif əməliyyatlarında 9 sionist yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR