Fələstin xalqı İsrail əsgərlərinin əsir götürülməsinə sevinir

Fələstin xalqı İsrail əsgərlərinin əsir götürülməsinə sevinir

Qəzzada sionist əsgərlər Qəssam Briqadaları tərəfindən əsir götürüldükdən sonra insanlar Fələstin, Beyrut və İordan çayının qərb sahilindəki düşərgələrin küçələrində bayram keçiriblər.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada sionist əsgərlərin Qəssam Briqadaları tərəfindən əsir götürülməsi xəbərindən sonra insanlar Fələstin, Beyrut və İordan çayının qərb sahilindəki düşərgələrin küçələrində bayram keçiriblər.

İordan çayının qərb sahilindəki məscid minarələrindən təkbir səsləri yüksələrkən Beyrutda insanlar bayram etmək üçün küçələrə axışıblar.

Sionist rejimin Fələstində və Qəzza zolağında qırğın hücumları aramsız davam edərkən, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde çoxlu İsrail əsgərini əsir götürdüklərini açıqlayıb.

Oktyabrın 7-dən bəri ilk dəfə gec açıqlama verən Əbu Ubeyde, Qəssam mücahidlərinin Qəzzanın şimalında yerləşən Cibaliyedə çox sayda işğalçı əsgərlə İsrail hərbi birliyini pusquya salaraq tunellərə çəkərək ələ keçirdiklərini bildirib.

Ubeyde deyib:

"Mücahidlərimiz günorta saatlarında bir qrup İsrail əsgərini Cibaliyedəki tunellərə çəkərək əsir götürdülər".

Xəbəri paylaş

VİDEOLAR