Fələstin prezident administrasiyasının mətbuat katibi Nəbil Əbu Rudəynə bəyan edib.
Rasthaber AA-ya istinadən xəbər verir ki, Fələstin Sudanın İsraillə münasibətləri normallaşdırmasını qəti surətdə pisləyib.
Xatırladaq ki, Xartum və Tel-Əviv arasında dialoq ABŞ vasitəçiliyi ilə keçirilib.
Sudanın İsraillə münasibətləri normallaşdırması Ərəb Dövlətləri Liqasının (ƏDL) mövqeyi ilə ziddiyət təşkil edir.
“Fələstin rəhbərliyi Fələstin xalqının qanuni hüquq və maraqlarının müdafiəsi üçün zəruri addımları atacaq”, – deyə qeyd edilib.
Bildirilir ki, Yaxın Şərqdə hərtərəfli və möhkəm sülhün yeganə yolu müstəqil və suveren Fələstin Dövlətinin yaradılmasından keçir.
“Fələstin xalqının razılığı olmadan regionda sülh gəlməyəcək, xalqımızın maraqları ilə ziddiyət təşkil edən istənilən saziş isə qəbuledilməzdir”, – deyə Fələstin prezident administrasiyasının mətbuat katibi Nəbil Əbu Rudəynə bəyan edib.
Sudanla İsrailin münasibətləri normallaşdırması qərarını Fələstinin “İslami Cihad” hərəkatı, “Fələstin Azadlıq Təşkilatı”, Həmas və Fəth də pisləyib.
Birgə bəyanatda deyilir ki, ABŞ vasitəçiliyi Sudanın sərvətini talamağa yönəlib.