Fələstin qrupları tezliklə Çində görüş keçirəcək

Fələstin qrupları tezliklə Çində görüş keçirəcək

HƏMAS hərəkatının beynəlxalq əlaqələr idarəsinin rəhbəri Musa Əbu Mərzuq bazar günü gecə Fələstin qruplarının tezliklə Çində toplantı keçirəcəyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Əbu Mərzuq 7 oktyabrdan sonra Amerikanın digər ölkələrə HƏMAS-la qarşılıqlı əlaqədə olmamaları ilə bağlı xəbərdarlıq etdiyini bildirib və vurğulayıb: Amerika İsraili (rejimi) bütün imkanları ilə dəstəklədiyi halda, Vaşinqton bilməlidir ki, dünyada bizim əlaqə qurmaq istədiyimiz başqa qütblər də var.

HƏMAS-ın bu yüksək vəzifəli üzvü Çinin Fələstin xalqı ilə əlaqələrinin tarixi olduğunu vurğulayaraq dedi: Milli birlik prosesinin yolunda hər cür maneə yaratmaq, əslində Fələstin xalqının gələcəyinə maneə yaratmaq deməkdir.

Əbu Mərzuq əlavə edib: Qəzza hadisələri İsrailin (rejiminin) əsl simasını dünya xalqına göstərdi.

Xəbəri paylaş

VİDEOLAR