Fələstin prezidenti Mahmud Abbas və HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyə fələstindaxili ikitirəliyin aradan qaldırılması və milli birliyin əldə edilməsinə yönəlmiş dialoq üçün komitənin yaradılmasının sürətləndirilməsi ilə bağlı razılaşıblar.
Az.rasthaber.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın mətbuat xidmətindən məlumat verilib.
Tərəflər ötən gün baş tutan telefon danışığı zamanı razılığ gəliblər. Bu danışıq onların 30 iyulda Misirin əl-Aləmeyn şəhərində baş tutan görüşün davamı olaraq həyata keçirilib.
Xatırladaq ki, 27 iyulda da Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, M.Abbas və İ.Haniyə arasında üçtərəfli danışıqlar keçirilmişdi.