Fələstinə növbəti xəyanət: Bəhreyn və İsrail arasında hərbi saziş

Fələstinə növbəti xəyanət: Bəhreyn və İsrail arasında hərbi saziş

İsrail rejimi və Bəhreyn müdafiə nazirləri Beni Qants və Abdulla bin Həsən ən-Nuəymi hərbi sahədə qarşılıqlı anlaşmaya dair Memoranduma imza atıblar.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə sionist rejim məlumat verib.

Sənəd kəşfiyyat, hərbi və sənaye sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur.

"Bu gün (3 fevralda) biz baş tutan mühüm görüşlərin və qarşılıqlı anlaşmaya dair tarixi memorandumun imzalanmasının sayəsində İsrail-Bəhreyn münasibətlərində yeni zirvələrə nail olduq. Biz (İsrail, BƏƏ və Bəhreyn arasında imzalanan) yenilikçi sazişlərə əsaslanırıq və ölkələrimiz arasındakı əlaqələri dərinləşdiririk", - deyə Qants bildirib.

Xatırladaq ki, çərşənbə günü Qants tarixdə ilk dəfə olaraq Bəhreynə səfər edib. O, Bəhreyn kralı Həmad bin İsa Ali Xəlifə ilə də görüşüb.

Xəbəri paylaş

VİDEOLAR