Fələstin Müqaviməti Tel-Əvivlə əməkdaşlığı qınayıb

Fələstin Müqaviməti Tel-Əvivlə əməkdaşlığı qınayıb

Fələstin Müqaviməti Ramallahın Tel-Əvivlə təhlükəsizlik sahəsində əməkdaşlığını qınayıb.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Fələstin Müqavimət qrupları işğalçı İsrailin göstərişləri əsasında Fələstin Muxtar Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən davam edən siyasi həbsləri və fələstinlilərin evlərinə hücumları qınayıblar.

Bu barədə Fələstin müqavimət qrupları öz bəyanatlarında vurğulayıblar ki, siyasi həbslər və fələstinlilərin evlərinə hücumların davam etdirilməsi işğalçı rejim və onun maraqlarına xidmət edən qeyri-milli bir hərəkətdir.
Fələstin Müqaviməti işğalçı sionist rejimi tərəfindən təlimatlandırımış Fələstin Administrasiyasının təhlükəsizlik qüvvələrinin Müqavimət üzvlərinin həbsinə yönəlmiş hərəkətlərini pisləyiblər.
Fələstin qrupları bildirib ki, Fələstin Administrasiyası siyasi həbsləri tənqid edən əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Səbriyə qarşı böhtan siyasətindən istifadə edir. Onlar siyasi həbsləri qınayan bu şəxsin səsini boğmağa cəhd edirlər.

 

Xəbəri paylaş

VİDEOLAR