HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları işğalçı rejimin dinc əhaliyə qarşı törətdiyi qırğınlara cavab olaraq Təl-Əvivi və işğal olunmuş əraziləri raket bombardmanları ilə hədəfə aldığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Qəzza zolağında Fələstin müqavimət qruplarının işğalçılara və Qəzzə ətrafındakı sionist yaşayış məntəqələrinə qarşı başlatdığı Əl-Əqsa tufanı əməliyyatı davam edir.
Qəssam Briqadaları işğalçı rejimin mülki insanlara qarşı törətdiyi qırğınlara cavab olaraq Tel-Əvivi və işğal altındakı əraziləri raket bombaları ilə hədəfə aldıqlarını açıqlayıb.
İşğal mediasının məlumatına görə, Təl-Əviv, Aşdod, Quş Dan və Rişon LeTsiyonda sirenlər səslənib və insanlar sığınacaqlara qaçıblar.