Fələstin müqaviməti heç vaxt bu qədər güclü olmamışdı

Fələstin müqaviməti heç vaxt bu qədər güclü olmamışdı

Berlin İmam Rza İslam Mərkəzi Alimi Hüccətül-İslam Şeyx Sabahattin Türkyılmaz son məqaləsində Fələstin müqavimətinin ən güclü dövrünü yaşadığını vurğuladı.

 Fələstin müqaviməti bir çox həqiqətləri üzə çıxardı. Uzaqgörən insanlar Fələstin müqavimətinin çox sakit və dinc şəkildə, heç bir narahatlıq olmadan öz azadlıqlarına doğru irəlilədiyini görür və Fələstin azadlıq hərəkatının heç vaxt bu qədər güclü olmadığını bəyan edirlər.

Çünki:

1. Sionistləri acizləşdirməsi: Sionist rejim ən güclü olduğu bir zamanda Fələstin müqavimətindən qorxaraq gizləndi və saxta xəbərlərə sığındı; ABŞ, Aİ ölkələri və BMT-yə bütün qurumları ilə dəstək verilməsi zərurəti Fələstin müqavimətinin sionistləri nə qədər aciz etdiyini göstərir.

Qərbin əməl/fəaliyyət planında meydançaya çıxmaqla sionist rejimi xilas etmək cəhdi, hər cür dəstəyi verəcəyini bəyan etməsi, hətta öz ölkələrində Fələstin üçün hərəkətləri qadağan etməsi; Bu, Fələstin müqavimətinin qlobal miqyasda uğurunun göstəricisidir.

Sionist rejim heç vaxt bu qədər təhlükə hiss etməmişdi və heç vaxt bu qədər ciddi yaşamaq problemi yaşamamışdı.

Fələstin müqavimətinin sionist rejim və onun tərəfdarlarının qorxu və narahatlığına səbəb olması, onları təcavüzkarlıqlarını artırmağa və müqaviməti məhv etmək üçün səy göstərməyə sövq etməsi müqavimətin nə qədər güclü olduğunu ortaya qoyur.

YAZININ DAVAMINI OXUMAQ ÜÇÜN TIKLAYIN

Xəbəri paylaş

VİDEOLAR