Fələstin Müqavimət Qrupları "Əqsa Tufanı" adlı əməliyyat başladıb

Fələstin Müqavimət Qrupları

Fələstin müqaviməti “Əqsa tufanı” adlı əməliyyata başlayıb. Əməliyyat zamanı Qəzzadən işğal olunmuş ərazilərdəki sionist yaşayış məntəqələrinə çoxlu raketlər atılıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzza zolağından işğal olunmuş ərazilərdəki sionist yaşayış məntəqələrinə çoxlu raketlər atılıb.

Raket hücumundan sonra Tel-Əviv, Rişon Letzion, Rahofot və digər ərazilərdə siren səsləri eşidilib.

Sionist Rejim İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, Qəzzadan İsrail bölgələrinə sızan qruplar Sderot şəhərində polis məntəqəsini ələ keçiriblər. Sionist İsrail ordusunun müqavimət qrupları ilə toqquşduğu və yaralananların olduğu bildirilib. İşğalçı rejim ordusu Sderot şəhərinin girişində yolları bağlayıb.

Sionist rejimin müdafiə naziri Yoav Gallant Qəzza zolağı ətrafında 80 kilometr radiusda olan ərazini hərbi zona elan edib.

İşğalçı rejimin Kanal12 televiziyasının verdiyi xəbərə görə, Qəzzadan 4 ayrı fələstinli silahlı qrup ətraf qəsəbələrə daxil olub.

Sosial mediada Qəzzadan sionist İsrail ərazilərinə sızan qrupların yaşayış məntəqələrində toqquşması və yaralanan israilliləri əks etdirən görüntülər paylaşılıb.

Sionist rejimin fövqəladə yardım xidməti Davudun Qırmızı Ulduzu səhər saatlarında mühasirəyə alınmış Qəzza zolağından sionist İsrailə qarşı həyata keçirilən hücumlarda bir israillinin öldüyünü və 15 nəfərin yaralandığını açıqlayıb.

X sosial media hesabından verilən açıqlamada yaralılardan ikisinin vəziyyətinin ağır, altısının orta ağır, digər 7 nəfərin isə yüngül xəsarət aldığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR